Çavuşoğlu, Solingendə səfərdədir

Türkiyənin Avropa İttifaqı naziri və Baş müzakirəçi Mevlüt Çavuşoğlu, Almaniyanın Solingen şəhərində 29 May 1993-cü ildə baş verən hadisə nəticəsində 5 Türkün həyatını itirdiyini xatırladıb.

77439
Çavuşoğlu, Solingendə səfərdədir

Türkiyənin Avropa İttifaqı naziri və Baş müzakirəçi Mevlüt Çavuşoğlu, Almaniyanın Solingen şəhərində 29 May 1993-cü ildə baş verən hadisə nəticəsində 5 Türkün həyatını itirdiyini və bunun Almaniya və Avropada irqçi cərəyanların diqqətə çarpacaq bir şəkildə ortaya çıxmasının əksi olduğunu deyib.
Çavuğoğlu, Almaniyanın Axen şəhərində qatıldığı 2014 Beynəlxalq mükafatlandırma mərasimindən sonra Solingen faciəsi bağlı suallara cavab verərkən bunları deyib. “Ən son Neonazi cinayətləri ortaya çıxdı, lakin burada terrorçularla əməkdaşlıq edilməsi qorxuludur.

"Başqa ölkələrdə də artan irqçilik terrorizmi və cinayətlər var idi və ən son seçkilərdə xalqın artıq partiyalara , irqçi partiyalara verdiyi dəstəyi görüncə hər kəs təşvişə düşməyə başladı. Daha əvvəllər Avropada yaşanan facilərə baxdığımız zaman görürük ki, bunlarin hamısı belə başlayıb.Ümid edirəm bu seçkilər və seçkilərdə verilən siqnalı Avropanın mərkəzində olan, kənarda qalmayan siyasətçilər anlayar və Avropa dəyərlərini miqrantların hüquqları başda olmaqla güclü bir şəkildə müdafiə edər-deyə Çavuşoğlu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr