Əli Babacan Sarayevoyaya sәfәr edib

Əli Babacan Bosniya vә Herseqovinada keçirilən Rifah vә Mәşğulluq Forumuna qatılmaq mәqsәdilә ötәn gün Sarayevoyaya sәfәr edib.

74456
Əli Babacan Sarayevoyaya sәfәr edib

Baş nazirin kömәkçisi Əli Babacan Bosniya vә Herseqovinada keçirilən Rifah vә Mәşğulluq Forumuna qatılmaq mәqsәdilә ötәn gün Sarayevoyaya sәfәr edib.
Əli Babacan ziyarәti zamanı Sarayevo Sәfirliyi Kanselyariya binasının açılış mәrasimindә dә iştirak edib.
Mәrasimdәn əvvəl Somadakı mәdәn faciәsi vә Bosniya vә Hereqovinada yaşanan sel fәlakәtindә hәyatını itirәnlәrin xatirəsi sükutla yad edilib.
Əli Babacan sel fәlakәtinin fәsadlarının aradan qaldırılması üçün Türkiyәnin yardımlarının davam etdiyini deyib.
Baş nazirin kömәkçisi daha sonra qatıldığı Rifah vә Mәşğulluq Forumunda çıxış edәrәk bildirib ki, Sarayevo sülhün simvoludur. Balkan ölkәlәrindә sabitliyin hakim olduğu bir inkişaf prosesi vә sülh üçün siyasi müzakirәlәr güçlәndirilmәlidir.
Babacan siyasi razılıq olduğu müddәtdә Bosniya vә Herseqovinanın çoxlu sayda sәrmayәdarı özünә cәlb edәcәyini diqqәtә çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr