Lütfü Əlvan Almaniyada

Naziri Lütfü Əlvanın Almaniyaya sәfәri davam edir.

70820
Lütfü Əlvan Almaniyada

Nəqliyyat, Dənizçilik və Telekommunikasiya naziri Lütfü Əlvanın Almaniyaya sәfәri davam edir. Nazir Almaniyanın Leypsik şәhәrindә tәşkil edilәn Beynəlxalq Nəqliyyat Forumuna qatılıb. Lütfü Əlvan verdiyi açıqlamada İstanbulda inşa ediləcək 3-cü hava limanı layihəsinin dünyanın diqqәt mәrkәzindә olduğunu, bir çox nazirin məsələ ilә bağlı mәlumat aldığını bildirib. Hava reysinin sıxlığı baxımından İstanbulun dünyanın mərkəzi mövqeyinә çevrildiyini ifadә edәn nazir hədəfin yeni hava limanını qısa müddətdә istifadәyә vermәk olduğunu deyib. Qars- Tbilisi-Bakı dəmir yolu xəttinin Avropanı Asiyaya bağlayan əhəmiyyətli layihə olduğuna da diqqәt çәkәn Əlvanın sözlәrinә görә, bu sahәdә bütün işlər qaydasında vә sürәtlә aparılır. Lütfü Əlvan Almaniyaya sәfәri çәrçivәsindә İngiltərə, Fransa, Almaniya, Latviya və Mərakeş nəqliyyat nazirləri ilə dә bir araya gәlәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr