Yusif Akçura türk dünyasını bu şəkildə təsvir edib

1900-cü illəri həm də türk və müsəlman cəmiyyətləri üçün bir oyanış dövrüdür.

855210
Yusif Akçura türk dünyasını bu şəkildə təsvir edib

 Türk dünyası əməkdaşlığı ideyasının fikri bazasını təşkil edən düşüncə sahiblərindən Yusif Akçuradır. Hörmətli dinləyicilər, “Türkiyə və Avrasiya gündəmi” (47) verilişinin bugünkü buraxılışında (23 noyabr 2017) onun fikirlərinin türk dünyasına təsirlərindən bəhs edirik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Ötən əsrin əvvəllərində türk dünyasında birlik üzərində düşünməyə və danışılmağa başlanıldı. Bu dövr türk və müsəlman xalqlarının Qərb mədəniyyətinin yüksəlişi qarşısında özünü yenidən müəyyənləşdirmə və quruculuq səylərinin başlandığı dövr sayılır. 1900-cü illəri həm də türk və müsəlman cəmiyyətləri üçün bir oyanış dövrüdür. 

  Tatarıstanın Kazan şəhəri və ətrafında başlayan bu oyanış XX əsrin əvvəllərində təhsil islahatı hərəkatı (Ceditçilik) şəklində davam etdi, siyasi və milli fəaliyyətlər şəklində geniş bir hərəkata çevrildi.

  1908-ci ildə İstanbulda ortaya çıxan Türk İnqilabının baniləri İstanbula gələn rusiyalı türk ziyalıları idi. Bu dövrdə İstanbul Rusiya və Qafqazdan gələn aydınların fikir mərkəzi olub. Osmanlı dövləti və Rusiya türkləri arasında mədəni yaxınlığın artması və geniş fikir mübadilələri bu dövrdə baş verib. Kazan, Krım, Qafqaz və Orta Asiya (Türküstan) ziyalıları Osmanlı siyasi və mədəni həyatında mühüm rol oynayıblar.

  Türk dünyası birlik fikrinin tanınmış adlarından biri də Yusif Akçuradır.  O, 1876-cı ilin 2 dekabr tarixində Moskvanın şərqində, keçmiş adı Simbir, indiki adı Ulyanovsk şəhərində dünyaya gəlib. O, Kazana köçmüş Krım türklərindən olan zadəgan ailənin uşağı idi. Atası mahud fabriki sahibi Həsən bəy, anası Yunusoğulları ailəsindən olan Bibi Qəmər Banu idi. İki yaşında ikən atasını itirən Yusif anası ilə 1883-cü ildə - 6-7 yaşlarında İstanbula köçür. Anası İstanbulda dağıstanlı Osman bəylə evlənir. Burada Yusuf 1883-1886-cı illərdə ibtidai məktəbi, 1886-1892-ci illərdə isə orta məktəbi bitirir. Osman bəy Yusifin təhsililə yaxından maraqlanır, onu hərbçi olmağa həvəsləndirir. Yusif 1892-1895-ci illərdə İstanbulda Hərbiyyə Məktəbində təhsilini davam etdirir. Özünün də qeyd etdiyi kimi, İsmayıl bəy Qaspıralı ilə qohumluq əlaqələri, onun İstanbulda yayılan “Tərcüman” qəzeti, Nəcib Asım, Vələd Çələbi, Bursalı Tahir bəyin yazıları Yusif Akçurada türkçülük ideyalarının yaranmasına səbəb olur. 1897-ci ildə “Məlumat” jurnalında dərc etdiyi "Şəhabəddin həzrət" adlı ilk məqaləsini Rusiya və Osmanlı türklərinə təqdim etdi.

  Yusif Akçura 59 illik ömründə dünyanı sarsıdan hadisələrə şahid olmuş bir türk ziyalısıdır. Rusiya türklərilə sıx əlaqələrin olduğu bir zamanda yaşamış, onların arasında özünə məxsus yer ala bilmişdi.

  Yusif Akçura İsmayıl Qaspıralının onun fikri düşüncəsində mühüm rol oynadığını dilə gətirərək deyirdi ki, “İsmayıl Qaspıralı mükəmməl müəllim, mütəfəkkir insan, istedadlı jurnalist və yorulmaq bilməyən bir türklük xidmətçisi idi”.

  Yusif Akçura türklüyün şimal qoluna mənsub olmaqla yanaşı, cənub qolunu da mədəniyyət ətrafında inkişaf etdirən bir fərd idi. 1897-ci ildə “Gənc türklər”lə əlaqədə ittiham olunaraq Sultan Əbdülhəmidin əmri ilə Trablisə sürgün edilir. Sürgündən 2 il sonra sonra Parisə qaçır, burada (1899-1903-cü illərdə) Fransanın Siyasi Elmlər Akademiyasında təhsil alır. Təhsilini tamamladıqdan sonra Türkiyəyə dönməsi qadağan olunduğu üçün 1904-cü ildə Rusiyaya gedir və 1908-ci ilə qədər burada yaşayır. “Üç tərzi-siyasət” adlı məşhur məqaləsini də Yusif Akçura burada yazır, amma Misirin paytaxtı Qahirədə çıxan türk qəzetində dərc etdirir.

  Rusiya çarlığında türklərə təzyiqinin artması nəticəsində təqib olunan Akçura 1908-ci ildə Osmanlıda II hökumətin, yəni məşrutiyyənin elanından sonra İstanbula qayıdır. Bu dövrdə o, İstanbulda türkçü dərnəklərin qurulmasında yaxından iştirak edir, eyni zamanda, Darülfünunda Türk Siyasi Tarihi dərsləri verməyə başlayır.

  1911-ci ilin 18 avqustunda Mehmet Emin Yurdakul, Əhməd Hikmət Müftüoğlu, Əli bəy Hüseynzadə və Akil Muxtar bəylərlə birlikdə Türk Yurdu Cəmiyyətini qurur, “Türk yurdu” dərgisinin qurucularından biri olur. Bu məcmuədə məqsəd türk oxucularına türk dünyasının tanıdılması idi. Təxminən 6 aydan sonra (12 mart 1912) Mehmet Emin Yurdakul, Əhməd Fərid bəy, Əhməd Ağaoğlu və Fuad Sabit bəylərlə birlikdə Türk Ocağını yaradır.

  1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Yusif Akçura Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 1932-ci ildən cəmi 3 il olmaqla ölümünədək – 1935-ci ilədək Türk Tarix Qurumuna rəhbərlik edir. Yusif Akçurina 1935-ci ildə İstanbulda ürək xəstəliyindən vəfat edib.

  Yusif Akçura Osmanlı imperiyasının qurtuluşunu türk dünyasında birlik siyasətində görürdü. Təxminən 100 bundan əvvəl türklər 45-50 milyondan ibarət idi: Osmanlı türkləri, Azərbaycan (Qafqaz) türkləri, Krım türkləri, Şimal türkləri və Orta Asiyanı əhatə edən Şərq türkləri. Yusif Akçura türk dünyasını bu şəkildə təsvir edib: "Dünya yarımkürəsini gözünüzün qarşısına gətirin. Bu hissədə üç qitə var: şimal-qərbin cırılmış-dağılmış əski parçasına bənzəyən hissəsini qoparıb atın. Cənub-qərbdəki üçkünc son və ağır qitəni də insanların zəif qolları qazdıqları kanal cizgisindən büküb qoparın, sağ tərəfin aşağısından sallanan üç dörd çıxıntını da yonun. O vaxt qədim dünyanın gövdəsi qalır. Bax, bu gövdə tamamilə türk yurdlarıdı, bizim irsimizdir".

  Akçuraya görə, türklərin yaşadığı bu coğrafya türklerin tarihi mirasıdır. Ona görə bu coğrafiyada hakim qüvvə də türk milləti olmalıdır. Dilləri, dinləri, irqləri, adət-ənənələri bir olan Asiyanın böyük bir hissəsi ilə Avropanın şərqinə yayılmış olan türklərin birləşməsi türkləri digər millətlər qarşısında avantajlı vəziyyətə gətirəcəkdir.

  Bü gün bu ideya Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Nursultan Nazarbayev kimi türk dövlətləri liderlərinin səyləri və müxtəlif beynəlxalq təşkilatlar nəticəsində canlanır. Türk Şurası, TÜRKSOY, Türk Akademiyası başda olmaqla müxtəlif beynəlxalq təşkilatlar türk dünyasının birliyinə xidmət edir.  



Әlaqәli Xәbәrlәr