Özbəkistan hökimətinin yeni xarici siyasəti

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə rəsmi səfəri, Türkiyə-Özbəkistan, eyni zamanda, Özbəksitanın beynəlxalq əlaqələrinin gözlənilən yeni mərhələsindən bəhs edirik.

839384
Özbəkistan hökimətinin yeni xarici siyasəti

  18 ildən sonra Özbəkistan prezidenti Türkiyə respublikasına səfər etdi.

  “Türkiyə və Avrasiya gündəmi” verilişinin  bugünkü buraxılışında (44 / 2 noyabr 2017) Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə rəsmi səfəri, Türkiyə-Özbəkistan, eyni zamanda, Özbəksitanın beynəlxalq əlaqələrinin gözlənilən yeni mərhələsindən bəhs edəcəyik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxuyuram.

  Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2017-ci ilin 25-27 oktyabr tarixlərində Türkiyədə oldu və yüksək səviyyəli danışıqlar apardı. Mirziyayev 18 illik fasilədən sonra Türkiyəyə səfər edən ilk Özbəkistan prezidenti oldu. Bu, iki ölkə arasındakı münasibətlərin qarşı illərdə daha da möhkəmlənəcəyi anlamına gəlir. Son bir ildə fəal xarici siyasət yürüdən Şavkat Mirziyoyev, göründüyü kimi, Türkiyə-Özbəkistan münasibətlərinə əhəmmiyyət verir.

  Türkiyə 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan ilk dövlətdir. Bu səbəbdən iki ölkə arasındakı əlaqələr sürətlə inkişaf etməyə başladı. 2005-ci ildə Özbəkistandakı Andican hadisələrinin müzakirə olunduğu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasındakı sessiyada Türkiyə Özbəkistanın əleyhinə səs verdi. Bu səbəbdən 1991-ci ildən yaxşıya gedən münasibətlər 2005-ci ildən dayandı.

  İndiki Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Türkiyəyə səfəri münasibətlərin yenidən artacağını göstərir. Bir neçə ay əvvəl Səmərqənddəki görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "münasibətlərdə yeni səhifə", Mirziyoyevin "artıq sözdə deyil, reallıqda əməkdaşlığın vaxtı gəldi" ifadələri Özbəkistan prezidentinin Ankaraya gəlməsiylə daha çox məna qazandı. Hər iki ölkənin liderləri gələn ilin əvvəlində olacaq Qırğızıstan-Türkiyə İnvestisiya Forumu və İkitərəfli İqtisadi Komissiyanın iclası ilə bağlı həmfikir olduqlarını açıqladılar.

  Özbəkistan tarixi və könül bağları etibarilə Türkiyəyə çox yaxın bir ölkədir. Bu səfərlər iki ölkə arasındakı durğunluq dövrünün bitdiyinə işarədir. Türkiyə-Özbəkistan yeni münasibətlər çərçivəsində, başda tekstil, səhiyyə, turizm və dəri emalı olmaqla iqtisadiyyat, eyni zamanda, terrorla mübarizə ilə bağlı təhlükəsizlik kontekstində ikitərəfli əməkdaşlıq əlaqələri qurulmağa və inkişafa başlayır. Təbii ki, bu əlaqələrin vətəndaş cəmiyyəti, media və akademik təşkilatların da əməkdaşlıqları ilə dəstəklənməsi lazımdır. Qazaxıstandakı Türkiyə-Qazaxıstan Əhməd Yəsəvi Universiteti kimi bir ali məktəbi də Özbəkistanda yaratmaq faydalı olar. Bir korpusu İstanbul, bir korpusu Səmərqənddə olacaq Türkiyə-Özbəkistan Uluğ bəy Universiteti Türkiyə və Özbəkistanın malik olduğu tarixi təcrübəni türk ölkələri regionuna yaya bilər. İki ölkənin ortaq dəyəri olan Hənəfi – Maturidi / Sufi İslam, qısası, Türk-İslam ənənələri Sələfi radikallığı qarşısında Avrasiya üçün rasional bir alternativ ola bilər. Bu nöqtədə iki ölkəyə də böyük məsuliyyət düşür.

  Bundan əvvəlki Özbəkistan prezidenti İslam Kərimov dövrünün iki əsas xüsusiyyəti vardı: birincisi, çox avtoritar bir hakimiyyət idi, ikincisi, sovet siyasi sistemini davam etdirirdi. Kərimov Özbəkistanı Avrasiyada böyük qüvvələrin qarşısında qorumaq üçün izolyasiya siyasəti yolunu seçmişdi. Yeni hakimiyyət isə çoğrafiyasındakı meydanoxumalara pro-aktif bir siyasətlə cavab verməyi əsas götürür.

   Özbəkistan coğrafi mövqeyi və əhali potensialı ilə Avrasiyada mühüm ölkələrdən biridir. Özbəkistanla əlaqə qurmadan Orta Asiyada var olmaq çətindir. Bu xüsusiyyətlərinə görə, bundan sonra Özbəkistan yaxındakı və uzaqdakı siyasətçilər tərəfindən tez-tez qapısı döyülən bir ölkə olacaq.

  Şavkat Mirziyoyev prezidentliyi dövründə köklü siyasi dəyişikliklər aparmadan xalqın sosial problemlərini həll etməyə və qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirməyə çalışır. Prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya etsə də, Mirziyoyevin izlədiyi xarici siyasətdə daha çox qonşu türk respublikalarıyla yaxşı münasibətə üstünlük verdiyi görünür.

  Şavkat Mirziyoyev dövrü Özbəkistan üçün yeni bir başlanğıc olacaq. İslam Kərimov Türk Şurası başda olmaqla bütün regional əməkdaşlıq təşkilatlarına qarşı məsafəli siyasət yürüdürdü. Yeni hakimiyyətdə isə bu siyasətin dəyişməsilə Özbəkistanın qapılarını türk dünyasına və regiondakı ölkələrə açacağı gözlənilir. Bununla Özbəkistanda xarici investisiya və regional əməkdaşlıq əlaqələri də arta bilər.

  Onu da qeyd edək ki, Şavkat Mirziyoyev İslam Kərimov dövrünun Baş naziri olub. Yəni Mirziyayev eyni zamanda Kərimov sisteminin bir yetirməsidir. Dəyişikliklər asan olmayacaq. Amma Mirziyayev ölkəsini və regionunu yaxşı tanıyan təcrübəli bir siyasətçi olduğu üçün qarşısına qoyduğu məqsədə çata bilər.



Әlaqәli Xәbәrlәr