Türkiyə təqaüdləri_Türkiyədə universitet təhsili_05

Əgər tələbə xərclərin öhdəsindən tam olaraq gələ bilmirsə, bununçün ailəsi kifayət qədər gəlirə malik deyilsə, o zaman Türkiyədə Xarici Tələbələrə Təqaüd Proqramı imkanlarından faydalana bilər.

692261
Türkiyə təqaüdləri_Türkiyədə universitet təhsili_05

  Türkiyədə təhsil almaq istəyən gənclərə, bu mövzu ilə maraqlananlara yardım etmək məqsədilə Türkiyə universitetlərində təhsilalma, oxuma və qalma şərtlərindən bəhs edirik. Mətni Mücahit Türköne yazıb, Sevda Mirzə oxuyur.    

  Türkiyə universitetlərində tələbə təqaüdü imkanları.   

  Əvvəla bunu deyək ki, Türkiyədə təhsil almaq istəyən, xarici ölkə vətəndaşı olan tələbənin daxil olduğu universitetdəki əsas xərcləri öz üzərindədir, yəni təhsil haqqı, qalmaq, yemək-içməyi özü ödəyir. Amma əgər tələbə bu xərclərin öhdəsindən tam olaraq gələ bilmirsə, bununçün ailəsi kifayət qədər gəlirə malik deyilsə, o zaman Türkiyədə Xarici Tələbələrə Təqaüd Proqramı imkanlarından faydalana bilər. Bundan başqa, tələbə kreditləri də verilir Türkiyədə xarici gənc tələbələrə.   

  Türkiyədə dövlət tərəfindən təmin edilən tələbə təqaüdləri bir neçə proqram əsasında həyata keçirilir. Bunlar hansılardır?

  • Türk Dilində Danışan Ölkələr üçün Təqaüd Proqramı. Buna Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan tələbələr müraciət edə bilər.
  • Digər proqram Türkiyə-Afrika Təqaüd Proqramı adlanır ki, Afrika ölkəsi vətəndaşı olan gənclər üçün nəzərdə tutulub.
  • Balkanlar Təqaüd Proqramı. Buna, adından da göründüyü kimi, Albaniya, Bosniya–Herseqovina, Bolqarıstan, Xorvatiya, Çernoqoriya, Kosovo, Makendonya, Serbiya, Sloveniya və Yunanıstan vətəndaşları müraciət edə bilər.
  • Qaradəniz Təqaüd Proqramı da var ki, bu, Belarus, Estoniya, Gürcüstan, Latviya, Moldoviya, Rumıniya, Rusiya, Slovakiya, Ukrayna, Polşa, Ermənistan, Çex və Macarıstandan olan tələbələr üçündür.
  • Harran Təqaüd Proqramına isə Banqladeş, Fələstin, İraq, İran, Livan, Pakistan, Suriya, Tacikistan, İordaniya, Yəmən, Əfqanıstan və İsrail gəncləri müraciət edə bilər.
  • Boğaziçi Təqaüd Proqramı artıq Çindən Səudiyyə Ərəbistanına, Meksikadan Cənubi Amerika və Uzaq Şərq ölkələrinə qədər geniş ərazi vətəndaşlarını əhatə edir.

  Türkiyədə təhsil üçün təqaüd almaq istəyən gənclər bu proqramlarla əlaqədar daha ətraflı məlumat almaq üçün Türkiyə türkcəsində və ingilis dilində veb səhifədən məlumat əldə edə bilərlər. Həmin internet ünvanı budur: https://www.turkiyeburslari.gov.tr/turkiye-burslari/burs-programlari/     



Әlaqәli Xәbәrlәr