Türkiyәnin İqtisadi Perspektivlәri- 42/2018

Xәzinә vә Maliyyә Nazirliyi  inflyasiya probleminin hәlli üçün әhәmiyyәtli addımlar atıb.

1071896
Türkiyәnin İqtisadi Perspektivlәri- 42/2018

Oktyabr ayında Türkiyә iqtisadiyyatında әhәmiyyәtli dәyişikliklәr müşahidә olunur. Oktyabr ayının  әvvәlindә inflyasiya sәviyyәsindә yaşanan yüksәlişin gözlәntilәrdәn çox olması ilin sonunda inflyasiya sәviyyәsinin eyni istiqamәtdә davam edәcәyindәn xәbәr verir.

Xәzinә vә Maliyyә Nazirliyi  inflyasiya probleminin hәlli üçün әhәmiyyәtli addımlar atıb.

Nazirlik ‘‘İnflyasiyaya qarşı mübarizә proqram’’ı  çәrçivәsindә inflyasiya sәviyyәsi nәzarәt altına alacaq.  Digәr tәrәfdәn qlobal iqtisadiyyatda baş verәnlәr vә Türkiyә iqtisadiyyatında yaşanan müsbәt irәlilәyişlәr fonunda Türk lirәsi digәr pul vahidlәri qarşısında dәyәr qazanıb.

Türkiyә iqtisadiyyatı 90-cı illәrdә  inflyasiya mәsәlәsindә ciddi sınaqlarda keçib.  2002-ci ildәn etibarәn görülәn tәdbirlәr nәticәsindә inflyasiya sәviyyәsindә  azalma müşahidә olunub vә hәmin dövrdә inflyasiya sәviyyәsi tәkrәqәmli hәddlәrә  enib.

Ancaq ötәn aylarda  mәzәnnәdәki dinamikalar istehlak qiymәtlәrinin yüksәlmәsinә sәbәb olmuşdu. Bu baxımdan Xәzinә vә Maliyyә Nazirliyi tәrәfindәn hәyata keçirilәn ‘‘İnflyasiyaya qarşı mübarizә proqram’’nın son dәrәcә yerindә olduğunu deyә bilәrik. Proqramın qiymәtlәri aşağı endirmәsi gözlәnilir.

Firmaların 10 %-lik endirim kampaniyasına daxil olması, bankların kredit dәrәcәlәrindә 10 % güzәşt etmәsi vә elektrik vә tәbii qaz qiymәtlәrinin artırılmaması bu proqram çәrçivәsindә atılan  addımlardan bәzilәridir.

Bu addımlarla inflyasiya sәviyyәsinin nәzarәt altına alınması nәzәrdә tutulur.

Mәzәnnәnin  müәyyәn müddәt әrzindәki dinamikalarının  mümkün tәsirlәrinin minimuma endirilmәsi mәsәlәsindә şirkәtlәr birgә mövqe nümayiş etdirir.

Digər tərəfdən  ötən həftə Türk lirəsinin 3% dəyər qazanması və İstanbul Birjası 100 indeksinin 1.87 %  yüksəlməsi Türk lirәsindә müsbәt irәlilәyişlәrin davam etdiyinin göstәricisidir.

Avqust ayında Türkiyәnin cari kәsiri 2,6 milyard dollar sәviyyәsindә idi. Belәliklә 12 aylıq prosesә baxdıqda  iyul ayında 54,6 milyard dollar olan cari kәsir  avqust ayında 51,1 milyard dollar səviyyəsinə  enib.

Cari balansdakı dәyişikliklәrin sәbәbi ticari kәsirdәki azalmalardır.

Turizm sahәsindә әldә olunan gәlirin  dә cari kәsirә müsbәt tәsir göstәrdiyini vurğulamaq lazımdır. Cari kәsir azalmalarının iqtisadiyyatdakı tәnzimlәnmәlәrin göstәricilәrindәn biri olduğunu deyә bilәrik.

Bundan başqa  ilin ilk səkkiz ayındakı gedişatına  nәzәr saldıqda  cari əməliyyatlar kəsirinin 30,6 milyard dollara çatdığı müşahidә olunur.

Beləliklə  müsbәt irәlilәyişin  davamlı olması üçün atılacaq hәr  addım əhəmiyyət kəsb edir.

 



Әlaqәli Xәbәrlәr