Türkiyәnin İqtisadi Perspektivlәri 26/2018

İyunun 24-dә Türkiyәdә keçirilәn seçkilәrdәn sonra yeni idarәetmә sisteminin tətbiqi üçün hәrәkәtә keçilib.

1007296
Türkiyәnin İqtisadi Perspektivlәri 26/2018

İyunun 24-dә Türkiyәdә keçirilәn seçkilәrdәn sonra yeni idarәetmә sisteminin tətbiqi üçün hәrәkәtә keçilib.

Türkiyәnin islahat ehtiyacına cavab verәcәk yeni sistem daha sabit, funksional vә sәmәrәli quruluşu ortaya qoyacaq.

İqtisadiyyatdan xarici siyasətə, təhlükəsizlikdən enerjiyə qədər bütün sahələrdə yeni siyasi baxışların  istehsal mərhələsinə kömək edəcək bu sistem həmçinin Türkiyənin qlobal rəqabət gücünü daha da artıracaq.

Qlobal iqtisadiyyatda ticarət çəkişmələrinin hər ötən gün daha da artdığı, ABŞ-ın öz mühafizəkar iqtisadiyyat siyasəti ilә dünya ticarətinə istiqamət verməyə çalışdığı bu şəraitdə Türkiyədə iqtisadi idarəetmənin hansı formada olacağı və ölkə iqtisadiyyatının hansı istiqamətdə inkişaf edəcəyi son dərəcə həssas bir mövzudur.

Yeni sistemin әn önәmli tərəfi olan iqtisadi idarәetmə hәlә dә davam edәn yenidәnqurma prosesi, ölkә iqtisadiyyatında sıçrayışın  әldә olunması vә qlobal iqtisadiyyatlarla rәqabәt edә bilmәsini artırmaq  mәqsәdilә hәyata keçirilir.

Ancaq bu bir həqiqətdir ki, bu sıçrayışın әldә olunması  və Türkiyənin qlobal iqtisadiyyatda baş verәn dәyişikliklәrin öhdəsindən gəlmək üçün yeni yol xəritələrinə ehtiyacı var.

Xarici investisiya mövzusunda Türkiyәnin mövcud potensialından istifadә etmәsi vә xarici maliyyә ehtiyacını azaltması üçün bu yol xәritәsi kritik әhәmiyyәt daşıyır.

Bu çərçivədə atılacaq ən mühüm addımlardan biri ‘‘İstanbul Maliyyә Mәrkәzi’’  layihəsinin həyata keçirilmәsidir.

Bu sayədə bir tərəfdən Türkiyənin öz maliyyə sahəsindəki ehtiyacları qarşılanarkən, digər tərəfdən beynəlxalq maliyyə sistemində Türkiyə söz  sahibi olacaq.

Digər tərəfdən, maliyyə məsələsində yenə də son illərdə gündəmdə olan, lakin tam olaraq qarşılığını tapa bilməyən Varlıq Fondu bu prosesdə yenidən nәzәrdәn keçirilmәlidir.

Dünyada uzun illərdir istifadə edilən milli varlıq fondları bazarlarda meydana gələn dalğalanmaların  təsirini  minimuma endirməkdə olduqca önәmli bir vasitә oldu.

Xüsusilə Türkiyə iqtisadiyyatının son dövrlərdə olduqca tez-tez üzləşdiyi mәzәnnәdәki  fəallıqlar nəzərə alındıqda Varlıq Fondunun funksional bir quruluşa sahib olacağı təqdirdə bu kimi problemlərin qarşısının alınacağına diqqət yetirmək lazımdır.

Bununla bərabər Kredit Zəmanət Fondunun növbəti prosesdə yenə olduqca mühüm bir rola malik olacağını, investisiya və ixracın dəstəklənməsində fəal istifadə edilәcәyini dә qeyd etmək lazımdır.

Yeni sistemin әn önәmli hәdәflәrindәn biri dә Türkiyәnin dünyanın ilk 10 iqtisadiyyatı arasında yer almasıdır.

Bu çәrçicәdә  Türkiyә iqtisadiyyatı yeni dövrdә inkişaf edәn, sosial rifahın hәr ötәn gün daha da artdığı, әhatәli vә davamlı  artım hәdәflәrinә yaxınlaşan  vә qlobal iqtisadiyyata inteqrasiya edәn bir ölkә olma  yolunda әmin addımlarla irәlilәyәcәk.

Bu yolda maliyyə ehtiyacını ödəyəcək hər bir addım isə Türkiyəni  bu məqsədinə daha sürətli və davamlı bir şəkildə çatdıracaq.

 



Әlaqәli Xәbәrlәr