Müdafiə Sənayesində Əhəmiyyətli Layihələr

Türk Hərb- İş Həmkarlar İttifaqının Təhsil şöbəsinin müdiri Tarkan Zənginin “ Müdafiə Sənayesində Əhəmiyyətli Layihələr” adlı analitik yazısı.

1094933
Müdafiə Sənayesində Əhəmiyyətli Layihələr

Türkiyənin müdafiə sənayesində bir-birinin arxasınca mühüm həmlələr edilir. Demək olar ki, hər ay çox böyük əhəmiyyət kəsb edən layihələrin bəzilərinin müvəffəqiyyət qazandığını, bəzi müdafiə məhsullarının sınaqlarının uğurlu keçdiyini, bir sıra mühüm layihələrin isə imzalama mərasimlərinin keçirildiyini müşahidə edirik. Noyabr ayının ilk 10 günündə də müdafiə sənayesinə aid bir sıra layihələrin şahidi olduq. 1 noyabr 2018-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə TÜBİTAK SAGE hərbi başlıqlı relsli sistemin (HABRAS) testi, PULAT məhv sisteminin səmərəliliyi testi və Şüa layihəsi testi uğurla həyata keçirildi. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu testlərin keçirildiyi" Milli Texnologiyanı İnkişaf Etdirmənin İnfrastrukturu"nun açılış mərasimində müdafiə sənayesilə bağlı mühüm məlumatlar verdi. 4 noyabr 2018-ci il tarixində MİLGEM Layihəsi çərçivəsində istehsal olunan ada sinifli korvetlərdən üçüncüsüsü olan TCG Burqazada F-513 Hərbi Dəniz Qüvvələrinə təhvilv erildi. 8 noyabr 2018-ci il tarixində Müdafiə Sənayesi Başqanlığı (SSB) Türkiyənin orijinal məhsulu olan "Milli Döyüş Təyyarəsi (MMU) üçün Xüsusi Mühərrik Yaratmaq Proqramı Çərçivə Razılaşması"nı imzalayaraq orijinal turboventilyatorlu reaktiv qırıcı mühərrikinin istehsalı prosesinə başladı. 9 noyabr 2018-ci il tarixində isə ilkinin 18 ay sonra təhvil veriləcəyi 250 ədəd “Altay” döyüş tankının seriya istehsalına dair razılaşma imzalandı. Qısa zaman kəsimində həyata keçən bu fəaliyyətlər Türkiyənin müdafiə sənayesindəki uğurlarının göstəricisidir.

HABRAS, PULAT, ŞÜA LAYİHƏSİ və SİPƏR

Prezident Rəcəb Tayyib Ərdoğan "Milli Texnologiyaları İnkişaf Etdirmənin İnfrastrukturu"nun açılış mərasimində iştirak edərək əhəmiyyətli açıqlamalar verdi. Ərdoğan çıxışında bunları söylədi: "Bu gün burada bir-birindən əhəmiyyətli milli texnologiyaları inkişaf etdirmənin infrastruk və sənaye layihələrini test edirik. Həlledici layihələrin, məlumat bazalarının və ödənən yüksək məbləğlərin ölkədə qalmasını təmin edirik. HABRAS-la müdafiə sənayemiz məhdud sayda ölkənin sahib olduğu bir xüsusiyyəti qazanacaq. Bu milli quruluşun ortaya qoyduğu  məhsullardan biri də PULAT aktiv müdafiə sistemidir. Bu texnologiya silahlı qüvvələrimizin ən vacib hissələrindən olan tank qoşunlarımız üçün həyati əhəmiyyət kəsb edir. Müdafiə sənayemizin başqa orijinal məhsulu isə yüksək güclü lazer sistemi, qısa adı ilə Şüa sistemidir. İlk sınaqlarda yüksək müvəffəqiyət nümayiş etdirən sistem yaxın vaxtlarda hava vasitələrində və gəmilərdə istifadə oluna biləcək".

Prezident Ərdoğan çıxışında Milli Uzaq Mənzilli Regional Hava Müdafiə Sisteminin yaradılmasına dair işlərin başlanıldığı barədə məlumat verdi, adı SİPƏR qoyulan sistemin ilk təhvili 2021-ci ilin sonunda olacağını bildirdi.

 MİLGEM layihəsi çərçivəsində Türkiyənin ilk yerli döyüş gəmilərinin tikintisi İstanbul Zavodu Komandanlığında həyata keçirilib. Bu gəmilərdən üçüncüsü - TCG Burgazada F-513 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə 4 noyabr 2018-ci il tarixində Dəniz Qüvvələrinə təhvil verildi. 99,5 metr uzunluğunda və 14,4 metr enində olan gəmi 2 min 400 tondur. Dəyişmə sürəti ilə yanacaq doldurulmadan 6 min 485 kilometr naviqasiya məsafəsinə malik olan  gəmi 10 gün dənizdə qala bilir. Burqazada Korveti suüstü hərbi, dənizaltı müdafiə,  havadan müdafiə, kəşfiyyat-müşahidə,  nəzarət və asimmetrik müdafiə funksiyalarını icra edə bilir.

 Burqazada gəmisinin təhvil-təslim mərasimi keçirilərkən, prezident Ərdoğan burada tikiləcək "Yeni Tipli Sualtı Gəmi Aydınrəis"in ilk qaynağını da etdi. "Yeni Tipli Sualtı Gəmi Aydınrəis" yanacaq doldurulmasına ehtiyac olmadan okeanı keçərək Amerika qitəsinə gedib, geri gələ biləcək. Bundan başqa, üzmə qabiliyyəti Türk Dəniz Qüvvələrinin döyüş effektivliyinə əhəmiyyətli töhfə verəcək. Sualtı gəminin 68 metr uzunluğunda, 13 metr hündürlüyündə və 850 ton ağırlığında olacağı bildirilir.

Milli Döyüş Təyyarəsi Orijinal Mühərrik İstehsalı Proqramı

 Məlum olduğu kimi, yerli sənaye məhsullarının maksimum səviyyədə istifadə edildiyi ölkəmizdə özünəməxsus bir dizaynla "Milli DöyüşTəyyarə Layihəsi" davam edir. Bu layihə ilə Hərbi Hava Qüvvələri Komandanlığının 2030-cu illərdən sonrakı döyüş təyyarəsinə olan tələbatının ölkədə orijinal dizayn modeli ilə ödənilməsinə səy göstərilir.

 İndi isə bu təyyarəyə orijinal bir mühərrik yaratmaq üçün Müdafiə Sənayesi Başqanlığında keçirilən imzalama mərasimində "Milli Döyüş Təyyarəsi Orijinal Mühərrik İstehsalı Proqramı Çərçivə Razılaşması" 8 noyabr 2018-ci il tarixində imzalandı. Razılaşma əsasında özünəməxsus bir turbo ventilyatorlu reaktiv qırıcı mühərrikin istehsalı prosesi başlandı. Milli Döyüş Təyyarəsinin mühərrikinin yerli olması və tamamilə orijinal bir mühərrikin istehsalı məqsədi güdülür. Layihənin yekun hədəfi heç bir xarici ölkədən asılılığın olmamasıdır. Mühərrikin milli olaraq istehsalı və mülkiyyət haqları baxımından  tamamilə Türkiyəyə aid olması da məqsədlər arasındadır .

"Altay" tankının seriyalı istehsalı

Türkiyə Quru Qoşunlarının müasir tələblərinə cavab verən müasir milli tanka malik olması üçün uzun zamandır işlər aparılırdı. Müdafiə Sənayesi Başqanlığı 9 noyabr 2018-ci il tarixində "Altay" tankının seriya istehsalı ilə bağlı razılaşma imzaladı. Razılaşma çərçivəsində seriya istehsalı xəttinin qurulması və 250 ədəd "Altay" tankının istehsal edilməsi ilə bağlı qərar qəbul olundu. İlk tankın Quru Qüvvələrinə 18 aydan sonra təhvil verilməsi nəzərdə tutulur.

 "Altay" tankının xüsusiyyətləri ilə bağlı verilə məlumatlar bunlardır: Türkiyənin ilk yerli döyüş tankı olan "Altay" sərrast atəş gücü, yüksək hərəkət qabiliyyəti ilə Türkiyə Silahlı Qüvvələrinin ən mühüm hərbi döyüş vasitələrindən biri olacaq.

"Altay"ın hər növ təhlükəyə qarşı tankı qorumaq üçün hazırlanan yığcam zirehləri və ekipajın kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin olduğu şəraitlərdə fəaliyyətlərini həyata keçirməyə imkan verən köməkçi sistemləri olacaq.

 



Әlaqәli Xәbәrlәr