Qıbrız prezidenti Azərbaycan dövlət başçısına təşəkkür etdi

ŞKTR prezidenti Azərbaycan prezidenti ilə telefonda danışıb

2125687
Qıbrız prezidenti Azərbaycan dövlət başçısına təşəkkür etdi

 

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycan Milli Məclisinin Kipr Dostluq Qrupunun yaradılması ilə bağlı qəbul etdiyi qərara görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

  ŞKTR prezidenti Azərbaycan prezidenti ilə telefonda danışıb.

  Azərbaycan Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Qıbrız prezidenti Ersin Tatar ŞKTR ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan parlamentinin ŞKTR-Azərbaycan Dostluq Qrupunun yaradılması ilə bağlı qəbul etdiyi qərara görə İlham Əliyevə təşəkkür edib. Azərbaycan prezidenti Şimali Kipr Dostluq Qrupunun Azərbaycanla Qıbrız arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr