Xəzər Dənizi Məsələləri üzrə Komissiyanın 61-ci iclası keçirildi

Türkmənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə ...

2123334
Xəzər Dənizi Məsələləri üzrə Komissiyanın 61-ci iclası keçirildi

 

  Türkmənistan Xarici İşlər Nazirliyində Xəzər Dənizi Məsələləri üzrə İdarələrarası Komissiyanın 61-ci iclası keçirilib.

  Türkmənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, iclasın əsas mövzusu Xəzər regionunda əməkdaşlığın əsas istiqamətləri üzrə 2024-cü il üçün Fəaliyyət Planının müzakirəsi olub.

  İclas iştirakçılarının qeyd etdiyi kimi, sözügedən sənəd iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat, ekologiya və beynəlxalq tədbirləri əhatə edir. Bu kontekstdə ekoloji diplomatiyanın həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

  Türkmənistan XİN vurğulayıb ki, ölkə prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə ölkə Xəzərin hüquqi statusu ilə bağlı balanslaşdırılmış qərarların hazırlanmasında ardıcıl olaraq fəal mövqe tutur. Aşqabad regionda çoxtərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının formalaşmasına mühüm töhfə verib.

  İdarələrarası Komissiyanın tərkibinə daxil olan nazirlik və idarələrin rəhbərləri beynəlxalq hüquq normaları çərçivəsində Xəzəryanı dövlətlərlə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Xəzər regionunda dostluq, mehriban qonşuluq və geniş tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi Aşqabad üçün prioritet olaraq qalacaq.

 



Әlaqәli Xәbәrlәr