Ermənilər Azərbaycan mövqelərini atəşə tutdu

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə ...

2106707
Ermənilər Azərbaycan mövqelərini atəşə tutdu

 

  Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcər rayonunun Yellicə kəndində yerləşən mövqeləri atəşə tutduğunu bildirib.

  Nazirlikdən verilən məlumatda yazılır: "Ermənistanın Başargeçer rayonunun Yukarı Şorca kəndində yerləşən mövqelərdən Yellicə kəndində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub. 

  Sərhəddə vəziyyətin gərginləşməsinin qarşısını almaq və sabitliyi qorumaq üçün Azərbaycan qoşunları heç bir reaksiya verməyib.

  Biz Ermənistanın hərbi administrasiyasını son 5 ildə sərhəddə sabitliyi pozmağa və vəziyyəti nəzarətdən çıxarmağa yönəlmiş təxribatlara yol verməməyə çağırırıq. Bu hərəkətləri törədənlərin aşkar edilərək cəzalandırılmasını tələb edirik”. 



Әlaqәli Xәbәrlәr