“İlham Əliyevin təklifi cəlbedicidir”, A.Köçəryan

A.Köçəryan mətbuata verdiyi açıqlamada bildirib ...

2087712
“İlham Əliyevin təklifi cəlbedicidir”, A.Köçəryan

 

  Ermənistan parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevin iki ölkə arasında sülh sazişinin vasitəçilərsiz imzalanması təklifi cəlbedicidir.

  A.Köçəryan mətbuata verdiyi açıqlamada bildirib: “Bu, həm bizim, həm də onlar üçün çox cəlbedici bir təklifdir, çünki bir-birimizlə danışa bilməliyik. İlham Əliyevin zaminə ehtiyac olmadığına dair sözləri diqqətimizi çəkdi. “Atəşkəs sazişi”nin (2020) pozulmamasından bugünkü reallıqları gücləndirmək üçün istifadə etmək buna zəmanət sayıla bilər”.

  Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 11-də bəyan edib ki, Ermənistanla sülh sazişi üçün təminatçılara ehtiyac görmür və “Bu, iki müstəqil ölkənin imzaladığı sülh sazişi olacaq” deyib.



Әlaqәli Xәbәrlәr