Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində daha 2 nəfərin namizədliyini təsdiq edib.

2085164

Məlumata görə, Mərkəzi Seçki Komissiyası namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.
MSK-nın daha əvvəl keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Seçki üçün 17 nəfərin namizədlik ərizəsini qəbul edən İdarə Heyəti digər namizədlərlə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.

Әlaqәli Xәbәrlәr