Heydər Əliyevin xatirə günü Ankarada qeyd olundu

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Bilkent Universitetində olan tədbirdə Azərbaycan və Türkiyədən millət vəkilləri, Türkiyədən dövlət rəsmiləri, hərbçilər, ziyalılar, tələbələr və mətbuat nümayəndələri iştirak edib

2076079
Heydər Əliyevin xatirə günü Ankarada qeyd olundu
Heydər Əliyev vəfatının 20-ci ildönümü_Ankara_02.jpg
Azərin.jpg
Azərin və Rəşad Məmmədov.jpg

 

  Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə Ankarada xatirə tədbiri təşkil olunub.

  Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Bilkent Universitetində olan tədbirdə Azərbaycan və Türkiyədən millət vəkilləri, Türkiyədən dövlət rəsmiləri, hərbçilər, ziyalılar, tələbələr və mətbuat nümayəndələri iştirak edib.

  Proqram ümummilli liderin xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb.

  Daha sonra Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafına əvəzsiz xidmətlərindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.

  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək həyatını xalqına həsr etmiş H.Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu rolundan danışıb.

  Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi misilsiz töhfədən bəhs edib, ümummilli liderin xatirəsinin Bilkənd Universitetində əziz tutulduğunu vurğulayıb.

  Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan və Türkiyə arasında parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov çıxışında Heydər Əliyevin türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən danışıb, onun siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyevin liderliyi altında Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu, ulu öndərin ruhunun şad olduğunu qeyd edib.

  Türkiyə Böyük Millət Məclisində Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da çıxışında müstəqil və qüdrətli Azərbaycan Respublikasının ümummilli liderin ən böyük əsəri olduğunu söyləyib.

  Çıxışlarda Heydər Əliyevin Bilkent Universitetinin qurucusu olan İhsan Doğramacı ilə yaxın dostluq münasibətlərinə toxunularaq xatirə gününün məhz bu universitetdə təşkil olunmasının əhəmiyyəti qeyd edilib.

  Tədbirin bədii hissəsində Azərbaycanın xalq artisi Azərinin ifasında Heydər Əliyevin sevdiyi musiqi əsərləri və Bilkent Simfonik Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi nümunələri səslənib.



Әlaqәli Xәbәrlәr