Ersin Tatar: ''ŞKTR Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisidir''

Şimali Kıbrıs Türk Respublikasının (KKTR) prezidenti Ersin Tatar ŞKTR-nın Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisi olduğunu bildirib.

2050515
Ersin Tatar: ''ŞKTR Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisidir''

Şimali Kıbrıs Türk Respublikasının (KKTR) prezidenti Ersin Tatar ŞKTR-nın Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisi olduğunu bildirib.
Azərbaycanda səfərdə olan Ersin Tatar Şimali Kıbrıs Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində təşkil olunan qala yeməyinə qatılıb.
Burada çıxış edən prezident Ersin Tatar eyni millətin övladları olduqlarını, Azərbaycanı Türkiye kimi qardaş ölkə olaraq gördüklərini vurğulayıb.
Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olduqlarına toxunan Ersin Tatar deyib: "ŞKTR-nın böyük Türk dünyasının ayrılmaz  parçası olduğu artıq hər kəsə məlumdur".
Ersin Tatar Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğana ŞKTR-nın TDT-yə müşahidəçi üzv olması üçün nümayiş etdirdiyi iradəyə görə təşəkkür edib.
Azərbaycan prezidenti İlham Əliyevə ŞKTR-na verdiyi dəstəyə görə təşəkkür edən Ersin Tatar Kıbrısdakı türklərin II Qarabağ müharibəsində Azərbaycanın yanında olduğunu bildirib və Azərbaycanı qələbə münasibətilə təbrik edib.
Ersin Tatar Kıbrısla bağlı oyunların oynanıldığını ifadə edərək Kıbrısdakı türklərin Türkiye Cümhuriyyəti ilə olan əlaqələrini kəsməsinin mümkün olmadığını vurğulayıb.
E.Tatar Şərqi Aralıq dənizinin ən cənubunda yerləşən Şimali Kıbrıs Türk Respublikasının türk dünyasındakı geosiyasi rolunun və əhəmiyyətinin gündən-günə artdığını bildirib.
"ŞKTR sadəcə bir torpaq parçası deyil. O, suveren hüquqları, dəniz yurisdiksiyaları, ərazi suları və xalqı ilə bütün Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisidir'',-deyə Şimali Kıbrıs Türk Respublikasının prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr