Azərbaycan Baş Prokurorluğu bəyanat yaydı

İşğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşını minaya düşüb.

2050623
Azərbaycan Baş Prokurorluğu bəyanat yaydı

İşğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşını minaya düşüb.
Bu barədə Azərbaycan Baş Prokurorluğundan verilən bəyanatda bildirilib.
Bəyanatda hadisə nəticəsində yük maşınlarından birinin sürücüsünün öldüyü, digərinin isə yaralandığı qeyd edilib.
Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda Ermənistan silahlı qüvvələrinin basdırdığı yüz minlərlə minanın olduğu təxmin edilir.
2020-ci il noyabrın 10-da II Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlamaları nəticəsində 65 azərbaycanlı həyatını itirib.



Әlaqәli Xәbәrlәr