Azərbaycan XİN Emmanuel Makrona reaksiya verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları pisləyib.

2047328
Azərbaycan XİN Emmanuel Makrona reaksiya verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları pisləyib.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: ''Emmanuel Makronun mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik''.

Nazirlikdən qeyd olunub ki, Fransa Prezidentinin Qranadada Azərbaycan və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.

Bəyanatda Fransanın Azərbaycan torpaqlarının 20 faizinin 30 il işğal altında qalmasına göz yumduğu xatırladılıb.

''Fransanın Azərbaycanı 150 kvadrat kilometr Ermənistan ərazilərinin işğalında təqsirləndirməsi gülüncdür. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır. Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgədə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq siyasətinə son qoyması daha faydalı olardı",-deyə bəyanatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr