Ayxan Hacızadә: ‘‘Fransa XİN rәhbәrinin açıqlamaları sülhә xidmәt etmir’’

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə Azərbaycan əleyhinə verdiyi açıqlamalara münasibət bildirib.

2045826

Ayxan Hacızadә deyib: ‘‘Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir. Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı".

Qeyd edək ki, Kolonna Ermənistanın paytaxtı İrəvanda təmasları zamanı Qarabağda baş verən proseslərdə Azərbaycanı günahlandırıb.

Digər tərəfdən, Fransanın xarici işlər naziri Kolonna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında ölkəsinin müdafiəsi üçün Ermənistana hərbi texnika göndərilməsi ilə bağlı gələcək müqavilələr imzalamağa razı olduğunu açıqlayıb.

Fransanın Ermənistana dəstəyini davam etdirəcəyini deyən Kolonna ölkəsinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı ayıq-sayıq olacağını vurğulayıb.

Әlaqәli Xәbәrlәr