Qarabağda erməni sakinlərinin ilkin qeydiyyat prosedurları həyata keçib

Azərbaycan Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki ...

2044704
Qarabağda erməni sakinlərinin ilkin qeydiyyat prosedurları həyata keçib

 

  Azərbaycanın dövlət qurumları Qarabağda erməni əhalisinə xidmət göstərməyə başladı.

  Azərbaycan Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, Xankəndinə gedən Dövlət Miqrasiya İdarəsinin əməkdaşları inteqrasiya prosesində iştirak etmək istəyən erməni sakinlərinin ilkin qeydiyyat prosedurlarını həyata keçirib.

  Rayon sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları da fəallıq göstərib.

  Azərbaycanın səhiyyə ocaqlarına bağlı komandanın Xankəndində fəaliyyətə başladığı bildirilib.

  Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı da tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib. Üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib.

  Xatırladaq ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-də səhər saatlarında Xankəndiyə ezam olunub. Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

 



Әlaqәli Xәbәrlәr