Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyanat yayıb

Sentyabrın 29-da Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında növbəti görüş keçirilib.

2044333
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyanat yayıb

Sentyabrın 29-da Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında növbəti görüş keçirilib.
Yevlaxda keçirilən 3-cü görüşdən sonra qəbul edilən qərara əsasən Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən bəyanata görə, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.
Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər.
Azərbaycanın Qarabağ bölgəsindəki  erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov görüş zamanı Ermənistan nümayəndə heyətinə reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər barədə məlumat verib. O, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfər etməyi planlaşdırdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr