Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb

Qondarma “Dağlıq Qarabağ Respublikası''na tabe olan silahlı birləşmələrin qondarma komandirlərindən general-mayor Davit Manukyan həbs edilib.

2044287
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb

Qondarma “Dağlıq Qarabağ Respublikası''na tabe olan silahlı birləşmələrin qondarma komandirlərindən general-mayor Davit Manukyan həbs edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda Ermənistan vətəndaşı, Ermənistan ordusunun üzvü Manukyanın Qarabağda həbs edildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamədə “Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması” şərtinə baxmayaraq, Manukyanın bölgədə qalaraq  qondarma "Qarabağ Müdafiə Ordusu'' komandanının birinci müavini vəzifəsini icra etdiyi vurğulanıb.

Bildirilib ki, Manukyan Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib.



Әlaqәli Xәbәrlәr