Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana və ya başqa ölkəyə köçmək qərarının Azərbaycanla heç bir əlaqəsinin olmadığını açıqlayıb.

2043636
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana və ya başqa ölkəyə köçmək qərarının Azərbaycanla heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Nazirlik Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağdakı son hadisələrlə bağlı Azərbaycanı ittiham edən bəyanatına münasibət bildirib.

Bəyanatda II Qarabağ müharibəsi və ondan sonra həyata keçirilən tədbirlərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdıran Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatının Azərbaycan tərəfindən kəskin şəkildə pisləndiyi bildirilib.

Bəyanatda bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyi 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarının işğalı və azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi kimi cinayətlərə görə öz məsuliyyətini inkar edərək yalan xəbərlər yaymaqda davam edir.

"Azərbaycan hər zaman Ermənistanın işğalı və təcavüzünə qarşı mübarizə aparıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycanda yerləşdirilmiş qanunsuz Ermənistan silahlı qüvvələrinin yaratdığı təhlükə qanuni şəkildə aradan qaldırılıb",-bəyanayda vurğulanıb.

Bəyanatda Azərbaycan ordusunun heç vaxt mülki əhalini hədəf almadığı bildirilib və Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağda dinc əhaliyə birbaşa təhlükə yoxdur” bəyanatı xatırladılıb.

Bəyanatda vurğulanıb ki, Ermənistan Xarici İşlər Nazirliyinin “Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparılır” iddiaları həqiqəti əks etdirmir.

"Qarabağda yaşayan erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarının Azərbaycanla heç bir əlaqəsi yoxdur. Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovu olduqları vaxtdan daha yaxşı yaşayış şəraiti yaratmağa hazırıq'',-deyə bəyanatde deyilir.

Qeyd edək ki,Ermənistan Xarici İşlər Nazirliyi erməni əhalisinin Qarabağdakı bölgəni tərk etməsində Azərbaycanı günahlandırıb.



Әlaqәli Xәbәrlәr