Xankəndi yaxınlığındakı partlayışda həlak olanların sayı 68 nəfərə çatıb

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi bəyanat yayıb.

2042657
Xankəndi yaxınlığındakı partlayışda həlak olanların sayı 68 nəfərə çatıb

Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhəri yaxınlığında benzin çəninin partlaması nəticəsində həyatını itirənlərin sayı 68 nəfərə çatıb, 200-dən çox adam da yaralanıb.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi bəyanat yayıb. Bəyanatda baş vermiş yanğının Azərbaycan yanğınsöndürənləri tərəfindən söndürüldüyü bildirilib.

Nazirlikdən verilən bəyanatda həmçinin qeyd olunub ki, müdaxilə üçün bölgəyə 15 yanğınsöndürən maşın göndərilib.



Әlaqәli Xәbәrlәr