“Fransa Azərbaycana dərs verə bilməz”, A.Hacızadə

Azərbaycan Fransa prezidenti Emmanuel Makronun ermənipərəst bəyanatlarına münasibət bildirib

2042024
“Fransa Azərbaycana dərs verə bilməz”, A.Hacızadə

 

  Azərbaycan Fransa prezidenti Emmanuel Makronun ermənipərəst bəyanatlarına münasibət bildirib.

  Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ayxan Hacızadə verdiyi açıqlamada yazıb: “E.Makron Fransa telekanalına müsahibəsində regiondakı vəziyyəti təhrif edərək ikili standartlar nümunəsi göstərdi. Özünü insan haqqları və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edir. Amma Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi, Cənubi Qafqaz regionunda geosiyasi vəziyyətə müstəmləkəçilik baxışı, Azərbaycan-Ermənistan məsələsində xristianlıq amilini vurğulaması və münaqişəyə dini yanaşması təhlükəli və qəbuledilməzdir.

  30 ildir işğal olunan torpaqlarını azad etməsi, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində həyata keçirilən əməliyyat Azərbaycanın beynəlxalq hüquqla müəyyən edilmiş qanuni haqqı idi.

  Sentyabrın 19-20 tarixlərində Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə qarşı antiterror əməliyyatında beynəlxalq humanitar hüququn bütün qaydalarına əməl olunub və bunu beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi təsdiqləyib.

  Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın da “Azərbaycanın mülki insanları hədəfə alması” iddiaları heç bir həqiqəti əks etdirmir.

  Müstəmləkəçilik siyasəti ilə insan haqlarına heç bir əhəmiyyət verməyən Fransa hökumətinin öz ərazisində çoxlu xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs verməyə çalışması qəbuledilməzdir. Fransa 30 ilə yaxındır hüquqları pozulan, torpaqlarından didərgin salınan, kütləvi qırğınlara məruz qalan azərbaycanlıların hüquqları ilə bağlı danışmadı. Bu, Fransa hökumətinin yaxşı niyyətli olmadığını göstərir”.



Әlaqәli Xәbәrlәr