İlham Əliyev və Entoni Blinken Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

2039756
İlham Əliyev və Entoni Blinken Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan silahlı qüvvələrinin son aylarda Qarabağda  artan təxribatlarından, keçirdiyi qondarma  “prezident seçkiləri”ndən bəhs edən İlham Əliyev bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.
Azərbaycan Prezidenti vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Söhbət zamanı həmçinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. 
İlham Əliyev silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.



Әlaqәli Xәbәrlәr