BQXK yük maşınlarının Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib

Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi təmin olunub.

2038572
BQXK yük maşınlarının Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib

Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi təmin olunub.

“Bu gün səhər saat 07:00 radələrində BQXK yük maşınlarının Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində bildirib.

“Ağdam-Əsgəran-Xankəndi yolu açıq və funksionaldır və belə olmalıdır! Bu, Azərbaycanın prinsipial, ədalətli, legitim və dönməz mövqeyidir!

Bütün beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, blokada deyilən bir şey yox idi, ancaq Ermənistan və qeyri-qanuni marionet rejimi, lobbi qrupları və bəzi qərbli korrupsioner siyasətçilər və qərəzli KİV tərəfindən xalqı yanıltmaq, manipulyasiya etmək və çaşdırmaq məqsədi ilə humanitar məsələlərin siyasiləşdirilməsi var idi!

“Maskalar düşür, reallıq qalır”! Azərbaycanda boz zonalara yer yoxdur!” – Hacıyev vurğulayb.

Qeyd edək ki, Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması uzun müddətdir Azərbaycan tərəfindən təklif edilirdi və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.

Ötən gün BQXK Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.



Әlaqәli Xәbәrlәr