Ceyhun Bayramov: “Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 6-da xorvatiyalı həmkarı Qordan Qrliç Radmanla görüşüb.

2033957
Ceyhun Bayramov: “Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmır”

“Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 6-da xorvatiyalı həmkarı Qordan Qrliç Radmanla görüşdə səsləndirib.

Bildirilib ki, görüş çərçivəsində regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanın təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükəsizliyə təhdid yaratdığı qeyd olunub.

Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbaycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr