Azərbaycan 3 erməni futbolçunun hər birinə həbs cəzası verdi

Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə ...

2030395
Azərbaycan 3 erməni futbolçunun hər birinə həbs cəzası verdi

 

  Qarabağda Azərbaycan bayrağını tapdalayan 3 erməni futbolçunun hər birinə 10 sutka həbs cəzası verilib.

  Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, 2021-ci ildə istintaqa cəlb edilərək qiyabi həbs edilən Ermənistan vətəndaşları Alen Sarkisyan (22), Vahe Hovsepyan (20) və Levon Qriqoryan (20) Qarabağdan Ermənistana keçərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıblar.

  Bu üç nəfər dindirilmə zamanı törətdikləri cinayəti etiraf edib, peşman olduqlarını və bundan sonra belə hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Etiraf etdikləri üçün cinayət təqibinə xitam verilib, onlar İnzibati Xətalar Qanununun “İnternetdə qadağan olunmuş məlumatların yayılması” maddəsi ilə mühakimə və cinayət məsuliyyətinə cəlb olunaraq hər biri 10 gün müddətinə azadlıqdan məhrum edilib.

  Bildirilib ki, bu 3 nəfərin cəza müddəti başa çatdıqdan sonra Azərbaycanı tərk etməyə icazə veriləcək.

  Xatırladaq ki, 2021-ci ildə Qarabağda futbol klubunun futbolçularının Azərbaycan bayrağını tapdaladığını göstərən görüntülər internetdə paylaşılmışdı. Hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda “Azərbaycan Respublikasının dövlət bayrağına və ya gerbinə qarşı təhqiramiz hərəkətlər” və “Milli, irqi, sosial və ya dini nifrət və düşmənliyin salınmasını təşkil etmək” maddələri ilə cinayət işi açılmışdı.



Әlaqәli Xәbәrlәr