Qazaxıstan və Səudiyyə Ərəbistanı öhdəliklərini təzələyib

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Səudiyyə Ərəbistanının kənd təsərrüfatı, ətraf mühit və su ehtiyatları naziri Əbdülrəhman əl-Fadlini paytaxt Astanada qəbul edib

2026099
Qazaxıstan və Səudiyyə Ərəbistanı öhdəliklərini təzələyib

 

  Qazaxıstan və Səudiyyə Ərəbistanı qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək öhdəliyini təzələyib.

  Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Səudiyyə Ərəbistanının kənd təsərrüfatı, ətraf mühit və su ehtiyatları naziri Əbdülrəhman əl-Fadlini paytaxt Astanada qəbul edib.

  Görüş zamanı K.C.Tokayev vurğulayıb ki, sözügedən səfər iki ölkə arasında çoxşaxəli əlaqələrə əməli təkan verəcək.

  Qazaxıstan prezidenti Ciddəyə ən son səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşünü xatırladaraq “Biz yaxın əməkdaşlıq və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldik” deyib.

  Ə.Fadli həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmanın Qazaxıstanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üzrə öhdəliklərini çatdırıb. O xüsusilə qida təhlükəsizliyi məsələsinə toxunaraq deyib: “Ərzaq təhlükəsizliyi bu gün bütün dünya üçün böyük problemdir. İnanırıq ki, Qazaxıstan bu sahədə mühüm oyunçu olmaq üçün hər cür imkana malikdir”.

  Görüş zamanı tərəflər kənd təsərrüfatı, turizm, ticarət və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərini qiymətləndiriblər. 



Әlaqәli Xәbәrlәr