Azərbaycan-Özbəkistan “UZAZ-2023” kompüter dəstəkli təlimi

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

2018711
Azərbaycan-Özbəkistan “UZAZ-2023” kompüter dəstəkli təlimi

 

  Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkəndin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

  Bildirilib ki, birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib.

  Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

  Sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

  Qeyd edək ki, “UZAZ-2023” təlimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planı”na əsasən keçirilib.



Әlaqәli Xәbәrlәr