Azәrbaycan Ukraynaya 7,6 milyon dollar mәblәğindә vәsait ayırıb

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

2012595
Azәrbaycan Ukraynaya 7,6 milyon dollar mәblәğindә vәsait ayırıb

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon ABŞ dolları vəsait ayrılıb.


Etiketlәr: #Ukrayna , #Azərbaycan

Әlaqәli Xәbәrlәr