Laçın istiqamətində atəşkəs pozulub, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

2009949
Laçın istiqamətində atəşkəs pozulub, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

İyulun 11-i Bakı vaxtı ilə saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata əsasən, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Yaralı hərbi qulluqçunun dərhal hərbi tibb müəssisəsinə təxliyə edildiyi, həyatı üçün təhlükə olmadığı bildirilib.

Azərbaycan bölmələri tərəfindən cavab tədbirləri görülüb..



Әlaqәli Xәbәrlәr