Türkmənistanda ilk ağıllı şəhərin açılışı oldu

Prezident S.Berdiməhəmmədov lenti kəsərək şəhəri açıb və qonaqlarla birlikdə bir sıra binalarını gəzib

2005242
Türkmənistanda ilk ağıllı şəhərin açılışı oldu
Türkmənistan_Arxadağ_ağıllı şəhər.jpg

 

  Türkmənistanda qabaqcıl texnologiyalardan istifadə edilməklə ağıllı şəhər konsepsiyasına uyğun olaraq inşa edilən Arxadağın açılışı olub.

  Paytaxt Aşqabadın 30 kilometr cənub-qərbində yerləşən Arxadağ şəhərinin açılış mərasimində Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Odalar və Birjalar Birliyi – TOBB-un sədri Rifat Hisarcıklıoğlu, diplomatlar, mətbuat nümayəndələri və çox sayda qonaq iştirak edib.

  Prezident S.Berdiməhəmmədov “Akxan” abidəsinin yanında şəhərin açılışını bildirən rəmzi lenti kəsib, sonra şəhərin Arxadağ əsas meydanında təntənəli yürüş keçirilib, daha sonra ölkə başçısı qonaqlarla birlikdə bir sıra tikinti obyektlərini gəzib. Burada Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Reabilitasiya Mərkəzi də açılıb.

  Ağıllı şəhər Arxadağın statusu “dövlət şəhəri” olaraq qəbul edilib.

  Xatırladaq ki, Arxadağın tikintisinə 2019-cu ildən başlanılıb. Ahal vilayət inzibati mərkəzinin təməlqoyma mərasimində o zamanki Türkmənistan Parlamenti Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

  Yeni şəhərdə təxminən 70 min insan yaşayacaq. Şəhərin tikintisi iki mərhələ üzrə aparılır. İki mərhələdə 400-dən çox kottec və çoxmərtəbəli evlərin tikilməsi planlaşdırılır ki, burada uşaqların yaşaması, istirahəti, tərbiyəsi üçün ən yaxşı şərait yaradılacaq.

  Tikintinin birinci mərhələsi çərçivəsində 336 müasir iki və çoxmərtəbəli yaşayış binaları, ictimai, təhsil, tibbi və mədəni obyektlər, idman qurğuları və mühəndislik sistemləri inşa edilib.

  Şəhərdə ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növləri – elektrik avtobuslar və elektrik taksilər hərəkət edəcək.



Әlaqәli Xәbәrlәr