Zəngəzur dəhlizində böyük irəliləyiş əldə olunub

Azərbaycanın işğaldan xilas etdiyi Füzuli-Ağbənd xəttində dəmir yolu və avtomobil yolu işləri tam sürətlə davam edir.

1991692
Zəngəzur dəhlizində böyük irəliləyiş əldə olunub

Azərbaycanın işğaldan xilas etdiyi Füzuli-Ağbənd xəttində dəmir yolu və avtomobil yolu işləri tam sürətlə davam edir. Bakı ilə Naxçıvan və Türkiye arasında birbaşa daşımaları təmin edəcək layihədə böyük irəliləyiş əldə olunub. 
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə verdiyi göstərişdən sonra başlanan işlərdə Horadiz-Ağbənd avtomobil yolunun 75 faizi, Horadiz-Ağbənd dəmir yolu xəttinin 38 faizi tamamlanıb.

İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.

Hazırda bütün yeraltı kommunikasiya xətləri tamamlanmaq üzrədir. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb.

Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yoldakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm mənzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrilib.

Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.



Әlaqәli Xәbәrlәr