İlham Əliyev Şuşada təşkil edilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev NATO-nun ikinci ən güclü ölkəsi olan Türkiye ilə müttəfiq olduqlarını bildirib.

1982821
İlham Əliyev Şuşada təşkil edilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev NATO-nun ikinci ən güclü ölkəsi olan Türkiye ilə müttəfiq olduqlarını bildirib.
İlham Əliyev  işğalından azad olunan Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda sualları cavablandırıb.
İlham Əliyev NATO ilə münasibətlər məsələsinə toxunaraq bildirib ki, NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir.
İlham Əliyev deyib: “Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri tərəfindən NATO-ya üzvlük üçün tədbirlər planına qəbul edilməmişdir. Lakin bunun əvəzində elan olunmuşdur ki, onlar üzv olacaqlar.15 il keçib.Onlar olduqları yerdədirlər''.
Türkiye ilə Azərbaycan arasındakı müttəfiqliyi vurğulayan İlham Əliyev deyib:  “Lakin biz ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzaladıq və bu ciddidir.Beləliklə, biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik''.
İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanla son 20 ildə iki ölkə arasındakı münasibətləri qardaşlıqdan müttəfiqlik səviyyəsinə çatdırdıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr