Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, Fazil Mustafa Bakının Sabunçu rayonundakı evinin yaxınlığında naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

1966625

Böyük Azadlıq Partiyasının sədri və millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd olub.

Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, Fazil Mustafa Bakının Sabunçu rayonundakı evinin yaxınlığında naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.

Hadisədən sonra xəstəxanaya çatdırılan Fazil Mustafanın həyati təhlükəsinin olmadığı bildirilib.

Әlaqәli Xәbәrlәr