Misirin Qahirə Universitetində Azərbaycan dili tədrisi

Tələbələrə Azərbaycan dilini Misirdə Azərbaycan Diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir

1951660
Misirin Qahirə Universitetində Azərbaycan dili tədrisi

 

  Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir.

  "Olaylar" qəzeti və saytının məlumatına görə, dünyanın müxtəlif ölkələrindən olan tələbələrə Azərbaycan dilini Misirdə Azərbaycan Diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Gənclərə Azərbaycan həqiqətləri, zəngin ədəbiyyatı, mədəniyyəti və xalq adət-ənənələri ilə bağlı geniş məlumat verilir.

  Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 250-yə yaxın tələbə iştirak edir. Azərbaycan türkcəsini öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər.

  Seymur Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək deyib: “Yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcək. Sevindirici haldır ki, Azərbaycan Diaspor Mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Azərbaycan dili dərslərində iştirak edirlər. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 41 ölkəsindən 450-yə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır”.

  Qahirə Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı Misir, İordaniya, İraq, Əlcəzair və digər ərəb ölkələrinin mətbuatında da geniş şəkildə xəbərlər, məlumatlar əks olunub.



Әlaqәli Xәbәrlәr