Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1948952
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov iki ölkə xalqları arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.

Azərbaycan, Türkiye və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi - 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini dilə gətirərək, birgə təlimlərin üç ölkənin orduları arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.

Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasdakı görüşün əhəmiyyətini vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun” sözlərini xatırladan nazir regionda sülhün təmin olunması istiqamətində görülən işlərdən danışıb.

General-mayor G.Matiaşvili də səmimi görüşə görə minnətdarlığını ifadə edib. İki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

G.Matiaşvili Bakıdakı görüşləri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə də görüş keçirib. 



Әlaqәli Xәbәrlәr