Azərbaycan qanunsuz mədən işlədən xarici şirkətlərin siyahısını açıqladı

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Tədqiqatlar Agentliyinin rəhbəri Əli Əliyev mətbuat konfransında bildirib ki...

1934118
Azərbaycan qanunsuz mədən işlədən xarici şirkətlərin siyahısını açıqladı

 

  Azərbaycan Ermənistanın işğalı zamanı mədənlərini qanunsuz işlədən xarici şirkətlərin siyahısını açıqladı.

  Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Tədqiqatlar Agentliyinin rəhbəri Əli Əliyev mətbuat konfransında bildirib ki, işğal dövründə Qarabağ və onun ətraf rayonlarında qanunsuz mədənlər istismar edilib.

  Mədənlərin qeyri-qanuni fəaliyyətində xarici şirkətlərin də iştirak etdiyini qeyd edən Ə.Əliyev Kanadanın “Sterlite Gold” və “First Dynasty Mines”, İsveçin “Base Metals”, Rusiyanın “Geopro Mayning Gold Company”, Ermənistanın İsveç və Lixtenşteyn ortaqlı “Armenian Copper Programme”, ABŞ-ın “Global Gold” və Hindistanın “Vedanta Resources” şirkətlərinin adlarını çəkib.

  Bu arada xatırladaq ki, Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatları üzvlərinin və fəalların təşəbbüsü ilə erməni əhalisinin yaşadığı və Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində minaların qanunsuz istismarının qarşısının alınması tələbi ilə keçirilən etiraz aksiyası 37 gündür ki, davam edir.  



Әlaqәli Xәbәrlәr