Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir

İştirakçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

1922752
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir.

Aksiya həmişəki kimi, dinc və sivil şəkildə davam edir.

İştirakçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Etirazçılar ənənəvi olaraq plakat qaldırıb, şüarlar səsləndirirlər. Ərazidə aksiyanın iştirakçısı olan ekofəallar və könüllülər üçün lazım olan bütün şərait yaradılıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.



Әlaqәli Xәbәrlәr