Laçın-Xankəndi yolunda etiraz aksiyası davam edir

Aksiyanın 11-ci günü – heç bir insident müşahidə edilməyib

1922125
Laçın-Xankəndi yolunda etiraz aksiyası davam edir

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan etiraz aksiyasının 11-ci günü sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən şüarları səhər saatlarında da səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq doqquz gündür davam edir.

Havanın çiskinli olmasına baxmayaraq, aksiya iştirakçılarının sıraları genişlənir.



Әlaqәli Xәbәrlәr