XİN: ABŞ döyüş təyyarələrinin hava məkanını pozduğuna dair xəbərlər əsassızdır

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Cənubi Kıbrıs Rum  mətbuatında yer alan “ABŞ döyüş təyyarələri KKTC hava məkanını pozdu” xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

1899790
XİN: ABŞ döyüş təyyarələrinin hava məkanını pozduğuna dair xəbərlər əsassızdır

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Cənubi Kıbrıs (Kipr) Rum  mətbuatında yer alan “ABŞ döyüş təyyarələri KKTC hava məkanını pozdu” xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ-ın döyüş təyyarələri tərəfindən KKTC hava məkanının pozulması ilə bağlı mətbuatda çıxan Rum mənşəli xəbərlərin əsassız olduğu bildirilib:

"Aydındır ki, Rum mənbələri hərbi mövzuda yalan xəbərlər yayaraq mənasız gərginlik yaratmağa cəhd edirlər. Ölkəmizin hava məkanı ətrafında hər cür fəaliyyət müvafiq qurumlarımız tərəfindən yaxından izlənilir. Döyüş təyyarələri həmin fəaliyyətləri əsnasında KKTC hava sahəsini pozmadan geri döndülər".

Açıqlamada Kipr Rum Administrasiyasındakı təlim zamanı baş verə biləcək ssenarilərin əvvəlcədən qiymətləndirildiyi və lazımi tədbirlərin görüldüyü vurğulanıb:

"Bu kontekstdə vurğulamaq istərdik ki, Şimali Kıbrıs Türk Cümhuriyyəti xalqının təhlükəsizliyi hər zaman Anavətən Türkiye olmaqla Kıbrıs Türk Sülh Qüvvələri və Təhlükəsizlik Qüvvələri komandanlığının, mütləq zəmanəti altındadır”.



Әlaqәli Xәbәrlәr