Türkiye, Azərbaycan və Pakistan AKINCI operatorları məzun olub

Türkiyenin Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

1896217
Türkiye, Azərbaycan və Pakistan AKINCI operatorları məzun olub
azerbaycan pakistan akinci pilot.jpg
azerbaycan pakistan akinci pilot.jpg
azerbaycan pakistan akinci pilot.jpg

Türkiyenin Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

“AKINCI 6-cı Təlim Dövrü çərçivəsində “Bayraktar AKINCI” Hücum Pilotsuz Uçuş Aparatını Türkiyə, Azərbaycan və Pakistan təhlükəsizlik güclərində istifadə etmək; Pilot, Faydalı Yük Operatoru, Mexanik/Mühərrik Texniki, Elektron/Yer İdarəetmə Stansiyasının Operatoru və Silah Operatoru vəzifələrində çalışacaq ümumilikdə 110 kursant təlimlərini uğurla başa vurub.

Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində məzuniyyət mərasimi də təşkil edilib. Mmərasiə qatılan Baykar İdarə heyəti Başçısı və Texnologiya Lideri Səlcuq Bayraktar mərasimdəki çıxışında üç cəmiyyətin güclü mənəvi bağı və qardaşlığından bəhs edib. O,yerinə yetiriləcək vəzifələrdə əxlaqa, ədalətə və düz yoldan dönməməyə önəm verilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kursu birinciliklə bitirən azərbaycanlı tələbələrə diplom və hədiyyələr təqdim edib.

Qeyd edək ki,təhlükəsizlik qüvvələrinin inventarına daxil edildiyi gündən aktiv şəkildə əməliyyatda istifadə edilən Bayraktar AKINCI ilə bağlı indiyədək 4 ölkə ilə ixrac müqaviləsi imzalanıb. AKINCI ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir.

 

 

 



Әlaqәli Xәbәrlәr