Kasım-Jomart Tokayev: ''Türkiyə ilə strateji əlaqələri inkişaf etdirməyə davam edəcəyik''

Qazaxıstanda səfərdə olan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Prezidenti Kasım-Jomar Tokayevlə görüş keçirib.

1892063
Kasım-Jomart Tokayev: ''Türkiyə ilə strateji əlaqələri inkişaf etdirməyə davam edəcəyik''

Qazaxıstanda səfərdə olan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Prezidenti Kasım-Jomar Tokayevlə görüş keçirib.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Kasım-Jomart Tokayev iki ölkənin qardaş dövlətlər olduğunu bildirib.
Kasım-Jomart Tokayev deyib: ''Bu səfər çərçivəsində iki ölkə arasındakı əlaqələri gücləndirəcəyik. Türkiyə ilə strateji əlaqələri inkişaf etdirməyə davam edəcəyik''.
Tokayev bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdiklərini və o dövrdən etibarən  iki ölkə arasında sıx siyasi dialoq, qarşılıqlı hörmət və etimada əsaslanan dövlət münasibətlərinin inkişaf etdiyini vurğulayıb.

May ayında Türkiyəyə etdiyi rəsmi səfər çərçivəsində Prezident Ərdoğanla  ''genişləndirilmiş strateji tərəfdaşlıq” bəyanatını imzaladıqlarını bildirən Tokayev  iki ölkənin qardaş dövlətlər olduğunu qeyd edib.

“Türkiyə ilə strateji əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik. Beynəlxalq məsələlərdə iki ölkənin mövqeyi bir-birinə yaxındır. Bu, həqiqətən vacibdir. Biz beynəlxalq və regional səviyyədə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik”,-deyə Qazaxıstan Prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr