Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1890502
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr