Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1888961
Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr