Qırğızıstan və Özbəkistan sərhəd dəyişikliyi protokolu imzalandı

Qırğızıstan hökumətinin mətbuat mərkəzi tərəfindən edilən şərhdə iki ölkə arasındakı sərhəd qərarı paytaxt Bişkekdə verilib

1884786
Qırğızıstan və Özbəkistan sərhəd dəyişikliyi protokolu imzalandı

 

  Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi ilə bağlı birgə protokol imzalandı.

  Qırğızıstan hökumətinin mətbuat mərkəzi tərəfindən edilən şərhdə bildirilir ki, iki ölkə arasındakı sərhəd qərarı paytaxt Bişkekdə verilib.

  Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabinetinin vitse-prezidenti Kamçıbek Tasiyev və Özbəkistanın baş naziri Abdullo Aripov sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə protokolu imzalayıblar.

  Protokolda Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlanması qeyd edilib.

  Xatırladaq ki, Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik bölgə ilə əlaqədar 2021-ci ilin 23-25 ​​mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması bildirilib.



Әlaqәli Xәbәrlәr