Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

İmzalamadan sonra yazılı açıqlama verən K.J.Tokayev iyun ayında keçirilən konstitusiya referendumu çərçivəsində siyasi, sosial və iqtisadi sahələrdə aparılan islahatları xatırladıb...

1882880
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

 

  Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkilərinin noyabrın 20-də keçirilməsi haqqında fərman imzalayıb.

  İmzalamadan sonra yazılı açıqlama verən K.J.Tokayev iyun ayında keçirilən konstitusiya referendumu çərçivəsində siyasi, sosial və iqtisadi sahələrdə aparılan islahatları xatırladıb: “Konstitusiyaya uyğun olaraq növbədənkənar prezident seçkilərinin 2022-ci il noyabrın 20-də keçirilməsi haqqında sərəncam imzaladım. Xalqımız siyasi sistemi dəyişmək planlarımızın əhəmiyyətini yaxşı başa düşür. Bu seçki ölkənin bütün siyasi sistemini kökündən dəyişdirəcək prosesin başlanğıcı olacaq. Seçkilər ölkədə iqtisadiyyat və ictimai rifah sahəsində uzunmüddətli vəzifələrin yerinə yetirilməsinə imkan yaradacaq. Tezliklə seçkiqabağı hədəflərimi açıqlayacağam. Hazırkı prezident kimi mən zəmanət verirəm ki, seçki prosesi ədalətli, şəffaf şəkildə, yerli və xarici müşahidəçilərin geniş iştirakı ilə və qanunlara ciddi riayət olunmaqla həyata keçiriləcək”.



Әlaqәli Xәbәrlәr