Laçın ərazisində hələ də minalar var

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minalarla bağlı məlumat yayaraq bildirib

1881751
Laçın ərazisində hələ də minalar var

 

  Azərbaycan Müdafiə Nazirliyi Laçın ərazisində təxribat məqsədilə basdırılmış minaların olduğunu açıqlayıb.

  Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı erməni qrupları tərəfindən minalanmış ərazilər və yollar Azərbaycan ordusu tərəfindən təmizlənir.

  Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minalarla bağlı məlumat yayaraq bildirib: “Laçın rayonu ərazisində aparılan minatəmizləmə tədbirləri nəticəsində sentyabrın 18-də Böyük Parlaq dağın şimal-şərq hissəsindəki vadidə Ermənistan istehsalı olan 122 ədəd “Э-001 M” tipli piyada əleyhinə mina çıxarılıb. Minalar təhlükəsizlik qaydalarına uyğun daşınaraq zərərsizləşdirilib. Rayonlarımızda mühəndis təminatı ilə bağlı zəruri tədbirlər davam etdirilir”.

  Xatırladaq ki, Azərbaycan ordusunun sərhəddəki bir sıra mövqeyi və sığınacaqları müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan davamlı atəşə tutulub. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusu Azərbaycan sərhədindəki Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrini susdurmaq və münaqişənin genişlənməsinin qarşısını almaq üçün Azərbaycan ordusu cavab zərbələri endirib və Ermənistan qoşunlarına böyük itkilər verib.

  Azərbaycanın 80 əsgəri şəhid olub, Ermənistandan isə ölənlərin sayı 135-dir.



Әlaqәli Xәbәrlәr